Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Ay kişilər, qiymət verin,
Verməz heç kəs qadın yerin.
İkram edin qadınlara,
Ana dedik biz onlara.

Qadın – ana, qadın – bacı,
Yaranışdan o, baş tacı.
Balaların mərd anası,
O yaşılbaş göl sonası.

Qadınsız ev – odsuz ocaq,
Xoş nəfəsi isti, sıcaq.
Qadınsız ev – çıraqsız ev,
Səs-səmirsiz,soraqsız ev.

Qulaq asın, ay kişilər,
Tənha ömür nəyə dəyər?
Talesizsən, təksən əgər.
Qadın evdə fəxri-şandır,
Qadınlı ev firavandır.

Qadın – yarın, ciyərparan,
Onsuz heçdir sənə dövran.
Qadınsızsan – qanadsızsan,
Yarımçıqsan, nə ki insan!

Kiçiltməyin məğrur adın,
Ucadadır daim qadın.
Göydə Allah, yerdə qadın,
Allah sevmiş “ana” adın.