Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Bu dünyada nə qədər
Yalanlar var, İlahi!
Bu dünyanı yalanla
Alanlar var, İlahi!

Yalan gəzir gözlərdə,
Yalan gəzir üzlərdə.
Yalanıyla düzlərdə
Qalanlar var, İlahi!

Vay halına yamanın,
Doğruya yad olanın.
Girdabında yalanın
Solanlar var, İlahi!

Solmaz verir sadağa,
Görməsin el dərd, qada.
Bu dünyanı satmağa
Dalanlar var, İlahi!

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International