Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Alim olmaq asandır, insan olasan gərək,
İnsanlığın yoxdursa, alimlik nəyə gərək?

İnsanlıqla insana xeyir verə bilməsən,
Alimliklə özünə hörmət tapa bilməzsən.

Həm alim ol, həm insan, xeyir ver, qazan hörmət,
Paxıllıq və xəbislik verməsin sənə töhmət.

Təkcə alimlik güdüb ayaqlar altı qazan,
Pislik etmək naminə söyləyər şər və böhtan.

Alimlik uca addır, xələl gətirmə ona,
Alim ola bilmirsən, zərər yetirmə ona.

Alimlik və insanlıq ən uca bir zirvədir,
Onlar vəhdətdə olsa, ən gözəl nümunədir.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International