Anasın atandır torpağın satan,
Vicdanın, görəsən, haçan salıbmış?
Bəlkə doğulanda vicdanı yoxmuş,
Qanını vicdansız qandan alıbmış?!
Pulu, var-dövləti və eyş-işrəti
Anadan, torpaqdan o baha bilmiş.
Elə vicdanın da onlarla satmış,
Yəqin ki, ağlını hərislik almış.
Satılmış vicdanın bircə qırığı
İlişib qalsaydı onun canında,
Qışqırıb, hayqırıb didərdi onu,
Eyş-işrət içində olan zamanda.
İnsan cansız olur vicdan susanda –
Qara yaş kösövdür cəsədi onda.
İnsan qansız olur vicdan susanda –
Ürək donub qalır qansız olanda.
Ən bədbəxt cəsəddir vicdansız cəsəd –
Qaytara bilməyir itmiş vicdanı.
Vicdanlı vücuda aparır həsəd,
Bilmir, hara qoya çirklənmiş canı.