Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Solmaz Şirin
“Aforizmlər”

Baki, “Adiloğlu” 2011. 144 səhifə
Redaktor: Maarif Teymur

Kitaba müəllifin uzun illərdən bəri yazdığı aforizmlər daxil edilmişdir. Bu aforizmlər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabda toplanmış aforizmlər insan həyatının bütün çalarlarını əks etdirən tərbiyəvi əhəmiyyətə malik olan müxtəlif mövzulara həsr olunmuşdur.

Solmaz Şirin
“Səni gözləyirəm” Şeirlər

Baki, “Adiloğlu” 2011. 128 səhifə. 2-ci təkmilləşdirilmiş nəşr.
Redaktor: İsrail Cavad

Kitabın ilk nəşri 2003-cü ildə “Qapp-poliqraf” nəşriyyatında işıq üzü görmüşdür.

Kitaba daxil edilən şeirlər əsasən vətənə məhəbbət, sevgidə dəyanətli olmaq mövzuları ilə yanaşı satirik mövzularla da diqqəti cəlb edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Solmaz Şirin
“Solmaz çiçəklər”. Şeirlər

Baki, “Adiloğlu” 2011. 132 səhifə
Redaktor: Həkim Qəni
Kitabın ilk nəşri 2004-cü ildə işıq üzü görmüşdür.

Bu kitaba Solmaz Şirinin sərbəst, heca və əruz vəznində yazdığı şeirləri, aforizmləri, Həkim Qəninin Solmaz Şirinin şeirlərinə yazdığı cavab şeirləri, Həkim Qəninin Solmaz Şirinə həsr etdiyi şeirləri daxil edilmişdir. Vətən, ana, məhəbbət, sədaqət, dəyanət, nikbinlik və s. movzular kitabdakı şeirlərin əsas qayəsini təşkil edir. Hər biri bir cümlə ilə yazılmış aforizmlərdəki fikirlər böyük mənalar daşıyır. Ən maraqlısı Solmaz Şirinlə Həkim Qəninin şeirləşməsi, H. Qəninin S. Şirinə həsr etdiyi şeirlərdir.

Solmaz Şirin
“Ağlım ürəyimə hökm edə bilmir”

Redaktor: Rahil Məmməd
Kitab çapdadır.

“Ağlım ürəyimə hökm edə bilmir” adlı kitaba Solmaz Şirinin əruz, heca, sərbəst vəznlərdə yazılmış şeirləri, poemaları, aforizmləri, həmçinin, şairəyə həsr olunmuş şeirlər, məqalələr daxil edilmişdir. Kitab çoxşaxəli mövzu və janr zənginliyi ilə diqqəti cəlb edir. Kitabda əksini tapmış münacatlar, lirik, ithaf şeirləri, məsnəvilər, qoşmalar, gəraylılar, rübailər, bayatılar, laylalar, uşaq şeirləri, satirik şeirlər mövzu, ideya rəngarəngliyi, zənginliyi və aktuallığı ilə oxucu qəlbinə yol tapır. Tanrıya, Vətənə, anaya məhəbbət və sədaqət, qəhrəmanlıq və şücaət, sevgi-məhəbbət, nikbinlik, düzgünlük, həyat eşqi, pislik, biganəlik və haramlığa nifrət, uşaqlara məhəbbət və s. mövzular kitabdakı şeirlərin əsasını təşkil edir.

Solmaz Şirinin Kitabları

Kitab Sifarişi