Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Allahım, kömək et Türkiyəmizə,
Yanğından xilas et, mərhəmət eylə.
Bəla ver, cəza ver düşmənimizə.
Xəyanətə qarşı xəyanət eylə.

Yanğın törədənlər cəzasın alsın,
Əlləri, qolları qırılsın, qalsın.
O içi şeytanlar lənətə gəlsin,
Qurtar millətimi, dəyanət eylə.

Ya Rəbbim, böyüksən, su səp odlara,
Kömək et adını anan adlara.
İmanlı xalqımı vermə badlara,
Sən öz varlığına əmanət eylə.

Cənab Ərdoğana sən güc-qüvvət ver,
Böyük türk xalqına dözüm, qüdrət ver.
Yardım edənlərə bollu sərvət ver,
Yarəb, Solmaz dilər, səxavət eylə.

02.08.2021, s.13

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International