İnsanlara ibrətçin, dərs üçün, tənə üçün,
Korona adlı bəla göndərmişdir İlahi.
Bəşər övladlarını ədəb, tərbiyə üçün,
Dünyanı məzlumluğa döndərmişdir İlahi.
Allahını tanımır, qudurmuşdur insanlar,
Fitnəkarlıq, xəyanət, haramlıq və cinayət,
Hər cür alçaq əməllər uydurmuşdur insanlar.
Allahın qəzəbinə gəldi dünya nəhayət…
Bu dünyanı yaradan və idarə edən var,
O, qüdrətli Tanrımız, O, böyük, dahi Allah!
Allahın qanunları hamımızçın bir hasar,
Ondan kənar çıxmasaq, Allahdan olar pənah!
Bu qanunlar dürüstlük, halallıq özəlliyi,
Varlıqlara məhəbbət, şükür, hörmət, ədalət.
Allahın bəxş etdiyi həyatı, gözəlliyi,
Şeytan əməlləriylə etməyək fitnə, möhnət!
15.03.2020, s.14