Ay pula qul olanlar!
Gözünüzü bir açın,
El-obaya düz baxın,
Hərislikdən tez qaçın!
Doğrudan da, pul şahdır
Bizim fani dünyada.
Pulsuz olmaq günahdır –
Düşürsən min fəryada.
Həris olsan sən pula
Həddindən çox, ziyadə,
Onda apar at, tulla
Nə yaxşı var, zay gədə.
Neynirsən sən hörməti?
Nə içməli, yeməli.
Vecə alma töhməti,
Yerit nacins əməli.
Çox razısan özündən –
Vəzifən var, qarnın tox.
Sevinc yağır üzündən,
Nə vecinə torpaq yox!
Dağdan ağır kişisən,
Mənlik yoxdur, pul boldur.
Mərdlik, saflıq acısan,
Yaltaqlıqsa bol-boldur.
Nə vecinə kimsə ac,
Sənin qarnın tox olsun.
Kimsə qalıb yalavac,
Cəhənnəm, xalq ac qalsın.
Tanrını da yadından
Çıxartmısan sən tamam.
Qorxmursan ki, başını
Bir gün alar çən, duman?!