Deyirəm, it al mənə,
Bəsləyim, əzizləyim.
İt almır atam mənə,
Səsləyim, əzizləyim.
İt almaq istəyirəm,
Arzuma çatmaq üçün.
İt olmaq istəyirəm,
Nisgili atmaq üçün.
İt üçün darıxıram,
İt kimi ora-bura
Gəzirəm və baxıram,
Qaçıram hürə-hürə.
Balaca küçən deyə,
Adımı səsləyirlər.
Çiçəksən, gülsən deyə,
Oxşayıb bəsləyirlər.