Qulağımız səsdə, gözümüz yolda,
Qələbə xəbəri gözləyirik biz.
Şuşa, laçınımız hələ ki darda,
Onların qəlbiylə vurur qəlbimiz.
Hər gün yeni-yeni kəndləri alır,
Yaşasın müzəffər, məğrur Ordumuz!
Adını tarixə qanıyla salır,
Cəm olur elimiz, doğma yurdumuz.
Düşmənin cəngindən alınan yerlər,
Necə də sevinir azadlıqlara!
Ümidimiz olan ərənlər, ərlər,
Döndərir düşməni məzarlıqlara.
Uca yüksəklikdən şahin tək vurur
Düşmən ordusunu, istehkamını.
Ən güclü ordular önündə durur,
Uca zirvələrdə alır kamını.
Yaşasın Ali Baş Komandanımız,
Ordusu, xalqıyla tarixlər yazır.
Uğurla sökülən hər bir danımız,
Böyük Qələbəyə, Zəfərə hazır!