Korona hər şeyi anlatdı bizə,
Həyatın hər üzün tanıtdı bizə.
Gəlin, şükür edək hər şeyimizə,
Həyatın qədrini, qiymətin bilək.
“Bu nə həyatdır ki”,- deyirdik hər vaxt,
Taleyin gəmisin əyirdik hər vaxt,
Xoşbəxtlik mələyin döyürdük hər vaxt,
Qaldı o günlərdə hər arzu, dilək.
Necə xoşbəxtikmiş azadlıqla biz,
İndi dost-tanışsız vurur qəlbimiz.
Səngər olub bizə indi evimiz,
Xırdaca virusla döyüşür ürək.
Deyirlər dünyada dəyişir sistem,
Virus da bəhanə, bizə bir sitəm.
Bilmirik, bəlkə də bu da bir ötkəm,
Yaşayıb bilərik sonu nə, görək.
Doğmalar nə qədər əzizmiş, bildik,
İşimiz, ruzimiz dənizmiş, bildik.
Solmaz, bu da bizə bir dərsmiş, bildik,
Naşükür olmayaq, şükr edək gərək!
19.04.2020, s.10:30, bazar günü.