Lal-kar sevgi…
Qulaq susur, dil susur…
Baxışlar dilə gəlir,
baxışlar səsə gəlir,
görüşür, öpüşür,
öz diliylə danışır,
bir-birini anlayır,
bir-birinə qovuşur.
Təki məhəbbət olsun,
özü saf, şəfqət olsun,
təki qəlblər alışsın,
təki sevgi var olsun,
qoy adı lal-kar olsun.