Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Əks-səda

Qəminlə hər gecə bir qubar gördüm,
Yuxusuz gözləri hey ağlar gördüm.
Nərgiz gözlərin tək uyusam bir az,
Zülfündən pərişan yuxular gördüm.

Qəhrlə könlümü aldı o mələk,
Qaytarsa götürməm, nəyimə gərək?
Boynuna sarıllam Qiyamət günü,
Bəhanəm olar ki, ondadır ürək.

Həmdəm olduğumuz gecələr getdi,
Gözümdən səpdiyim dürr-gövhər getdi.
Könlümün aramı, can munisimdin,
Getdin, hər şey sənlə bərabər getdi.

Naxışlar, ilmələr

Bütpərəstlik xoşdur – büt çöhrən olsa,
Məstlik xoş – badələr camından dolsa.
Eşqinlə yox olmaq varlıqdan xoşdur,
Nə qəm! Ömrüm eşqlə saralıb solsa…

Xasiyyətin qışdır, camalın bahar,
Özgələrçün meysən, bizimçün xumar.
Dönük baxtımızın işləridir bu,
Yoxsa ki olmazdın bunca sitəmkar.

Yüz canım olsaydı, sevgilim, inan,
Hamısın tək sənə edərdim qurban.
Sordun: “Hicrə könlün dözərmi?” Dedim:
“Ürəyim olsaydı, nədir ki hicran!”