Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Mən mavicə ümmanam,
keçmişimin lilləri
çöküb dərinliyimə.
İçimdə rəqs edir,
üzür balıqlar,
yosunlar naz ilə
bitir, böyüyür.
Günəşə güzgüyəm,
Aya güzgüyəm.
Qağayılar, göyərçinlər
min nəğməylə
üzərimdə dövr edir…
Eh… beləcə mən həmişə
qalammıram –
insanların xislətindən
bulanıram,
ocaq olub qalanıram.
Dibimdəki lil qaynayır…
nə qağayı, nə göyərçin
üzərimdə fırlanır,
nə Ay, Günəş
sinəm üstdə nurlanır.