Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Mənim dünyam bambaşqadır,
Bu dünyayla heç tuş gəlmir.
Ürəyimlə başbaşadır,
Bu dünyanı sirdaş bilmir.

Mənim dünyam sözlə dolu,
Bu dünyada yaxşı söz yox.
Mənim dünyam düzlə dolu,
Bunda yalan, böhtan lap çox.

Mənim dünyam daha varlı –
İnsanlara məhəbbət çox.
Bu dünyasa qalmaqallı –
Ürəyində mərhəmət yox.

Mənim dünyam daha geniş,
Rahat edir,ovundurur.
Bu dünyasa eniş-yoxuş,
Bu dünyayla cəngim durur.