Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Oyan, bəxtim, bəsdir yatdın,
Bəsdir dərdə, qəmə batdın.
Oyan, ömür axıb-gedir,
Oyan, ömür baxıb gedir!

Gecə-gündüz yatmır zaman,
Çapır zaman, batmır zaman.
Sən də yatma, çap zaman tək,
Səadəti tap zaman tək.

Oyan, tələs, gənclik gedir,
Gözəllik və cəldlik gedir.
Oyan, oyat yatmış ruhu,
Kədərlərə batmış ruhu!