“Qalib ol, şəhid ol, ya da qazi ol!”
Devizi altında cəbhəyə getdin.
Vətən harayına hər an hazır ol!
Şüarı altında hərəkət etdin.
Gözönə almadın, gözardı etdin
Oğul-uşağını, şirin canını.
“Öncə Vətən!”- deyə, qaçaraq getdin,
Vətən torpağına qıydın qanını.
Sən həyatda yoxkən bu işğal oldu,
Bunu eşidərək böyüdün, əsgər.
Canına, qanına qəzəb, hirs doldu,
Qisası almaqla öyündün, əsgər.
Dədəndən, babandan qalma qisasdır,
Onların cəhdiylə bu alınmadı.
Qırx dörd gün hərb ilə aldın, əsasdır,
Otuz il sülh ilə həll olunmadı.
Pələngsən, aslansan, bozqurd nəslisən,
Aldın Xocalının qisasın, qanın.
Koroğlu, Babəkin cəsur əslisən,
Dünyaya yayıldı şərəfin, şanın!
24.12.2020, s.13