Azərbaycanın “Evrovision” Beynəlxalq Mahnı Müsabiqəsində Qələbəsi münasibətiylə
Üzümüzə açıldı
On beş aprel səhəri.
Avropadan saçıldı
Şən Qələbə xəbəri.
Eldar, Nigar cürəti
Verdi sanki cənnəti.
Bir andaca milləti
Boğdu sevinc qəhəri.
Allah, necə möcüzə
Yaratdın Sən bu gecə?!
Dünya heyran bu gücə,
Bəxş etdin bu təhəri.
Azərbaycan qət etdi,
Qələbəni yeritdi.
Düşmənlərə yedirtdi
Hər acını, zəhəri.
Gözün aydın, ey Vətən!
Qaliblərə oldun tən.
Bakın ilə öyün sən,
Təbrik elə Xəzəri!
Solmaz istər beləcə,
Qeyd olunsun tezliklə
Qarabağda Qələbə!
Bayram edək zəfəri,
Qələbənin səhəri!