Nəvəmə
Tamerlan gözəl oğlan,
Dörd yaşlı dəcəl oğlan.
Çox sevir atasını,
İncitmir anasını.
Bacısı Mələk adlı,
Şipşirin və çox dadlı
Bir qızdır mələk kimi,
Gülərüz, şəfəq kimi.
Tamerlan çox şad olur,
Fərəhlə, şəstlə dolur
Mələyin gəlişinə,
O şirin gülüşünə.
Başına sığal çəkir,
Qəlbində sevgi əkir.
Öpərək əzizləyir,
Qoruyur və bəsləyir.
Birdən də bərk dindirir,
Mələyi diksindirir.
Yatanda möhkəm öpür,
Oyadıb edir yesir.