Səkkiz may günündə enən bayrağın,
Səkkiz Noyabrda zirvənə qalxdı.
Yazadək gözləyə bilmədi xalqın,
Cəngavər əsgərin sinənə qalxdı.
Bizə bu sevinci bəxş edən odur,
Canını, qanını qoyan əsgərim.
Bozqurdun oğludur, türkün oğludur,
Qorusun Allahım, Quran, əsgərim!
Sinənə dağ vurdu səkkiz rəqəmi,
İyirmi səkkiz il işğalda qaldın.
Sinəndə dağ qurdu səkkiz rəqəmi,
Ömürlük azadlıq, bəraət aldın.
Bu qədər ayrılıq qismətin oldu,
Həzm edə bilmədin bu ədavəti.
Ürəyin qəm ilə, qüssəylə doldu,
Allah bərpa etdi haqq-ədaləti.
Bağışla, gec çatdıq “ah” harayına,
Sülhlə, qan tökmədən gəlmək istədik.
Heç kim səs vermədi sülh harayına,
Düşmən də yolunda ölmək istədi.
Şuşa, azadlığın mübarək olsun!
Şanlı Ordun hakim bu şücaətə.
Sanki bir möcüzə, bir böyük ovsun,
Bütün dünya heyran bu cəsarətə!
09.11.2020, s.9 ərəfəsi.