2005-2006-cı il Muğam Müsabiqəsinin iştirakçısı balaca Pərvaza
Günü-gündən etdin pərvaz,
Aydın olsun gözün, Pərvaz!
Sənət bağın bir güllü yaz,
Yüksəl, ucal, var ol, Pərvaz!
Özün kiçik, səsin böyük,
Çiynin çəkir bu boyda yük –
Muğamda sən salmısan kök,
Yüksəl, ucal, var ol, Pərvaz!
Böyüklərə tay olmusan,
Allahdan çox pay almısan.
Bu özüldə mökəm dayan,
Yüksəl, ucal, var ol, Pərvaz!
Səsin uca, özün uca,
Yaşın cavan, dünyan qoca.
Allah verib səs bolluca,
Yüksəl, ucal, var ol, Pərvaz!
Qazandın el məhəbbəti,
Səndə muğam dəyanəti.
İtirmə bu sədaqəti,
Yüksəl, ucal, var ol, Pərvaz!
Körpə quş tək edib pərvaz,
Qanad açdın göyə, Pərvaz!
Mahnı qoşur sənə Solmaz,
Yüksəl, ucal, var ol, Pərvaz!
Muğam ilə yar ol, Pərvaz!