Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Gözün aydın olsun, Azərbaycanım,
Zəfər Novruzunla firavan oldun.
Dünyaya yayıldı şöhrətin, şanın,
Qalib Ordun ilə şadiman oldun.

Yeni Qələbəylə, yeni müjdəylə,
Qalib addımlarla Novruza gəldin.
Şanlı şəhidlərlə, dəmir zərbəylə
Azad zirvələrə, göyə yüksəldin.

Qələbə şəninə yansın tonqallar,
Şuşada, Laçında, Ağdam, Hadrutda.
Füzuli, Qubadlı olub bəxtiyar,
İlk azad Novruzda, nər, köhlən atda.

Zəfər Novruzumuz mübarək olsun,
Azadlıq məşəli yansın əbədi!
Yaşasın, nur ilə, sərvətlə dolsun,
“Bütöv Azərbaycan” azad məbədi!

20.03.2021, s.13