Zəng gözləyirəm…
baharda qaranquş
gözləyən tək.
Ömrüm boyu
arzusunda olduğum
zəngi gözləyirəm
gör neçə ildir.
Neçə ildir yol gəlir –
bu yol bitmir, tükənmir,
dimdiyində sevgini
mənzilə yetirəmmir.
Zəng bezibdir
tükənməyən yollardan,
mən bezmişəm
intizarlı zamandan.