Nə yaxşı ki, adamların yaxşısı var bu dünyada,
Yaxşıların yaxşı adı itib getməz, düşər yada.
Yaxşılıq et, at dəryaya, balıq bilməz, Xalıq bilər,
Yaxşılığın inci olub dönər sənə bu dəryada.
Yaxşı söz de, ürəklərə salma nisgil, dərdü bəla,
Məlhəm olsun könüllərə nadir sözün hər mənada.
Mərdimazar çıxsa əgər mərd adamın düz yoluna,
Aydın günü zülmət olar, göz yaşə sel bu bəlada.
Əkdiyini biçər hər kəs, yaxşını ək, yaxşı da biç,
Cəfadan can tez usanar, cəfa əkmə bu səfada.
Vəfasızdan vəfa umma, söyüddən bar uman kimi,
Solmazı sən gətir yada vəfadar tək bu vəfada.