Solmaz Şirin
Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!
Ay nənə, böyümüşəm,Qoy, tutum əllərindən.Qoy, öpüm o möhtəşəm,Gümüş tək tellərindən!
Sən bizim yolumuzdaAğartdın saçlarını.Saxlayaq qolumuzda,Yormayaq qıçlarını.
Qol-qanad verdi bizəÖyüdün, nəsihətin.Həkk oldu qəlbimizəO sönməz məhəbbətin.
2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.
Powered by Megavision International