Atam mənə bir gözəl
Tutuquşu alıbdır.
Deyildir heç o, dəcəl,
Sakit baxıb qalıbdır.
Tanımayır o məni,
Yəqin ki çox darıxır.
Bilməyirəm dilini,
Məyus-məyus o baxır.
Başı, boynu sapsarı,
Gözləri var qapqara.
Yanaqları qırmızı,
Qanadları çilqara.
Tanış oldum, dost oldum,
Yemək verdim, su verdim.
Sevinc ilə mən doldum,
Onu da çox şən gördüm.