İstəyirəm mən əriyəm
Sənin sıcaq nəfəsində,
Sökülməz bir yuva tikəm
Qaynar sinə qəfəsində.
Qoy sığınım o qəfəsə…
Tənhalıqdan, üşümədən
Mən qaçmışam birnəfəsə,
İsit məni ürkütmədən.
Pıçıltılar yağışıyla
İslat məni, isit məni.
Damarımda donmuş qanın
Sevgi olsun qoy məlhəmi!
S.Şirin
Həkim Qəninin cavabı
“Sıcaq” mənim nəfəsimdir,
Əridəcək səndə qarı.
Sinəm sənin qəfəsindir,
Sən bülbül ol onda, barı!
Sığın sinəm qəfəsinə,
“Tənhalıqdan” alım səni.
“Qaçma məndən birnəfəsə”,
Qoy “qəfəsə” salım Səni!
Məhrəmanə öpüşlərlə
Qoy isidim gül çöhrəni!
Damarımda isti qanla
İsidərəm daim Səni!