Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Adın Lalə, özün göyçək,
Çiçəklərə oldun bəzək.
Harda vardır sən tək mələk?
Ömrün olsun bəyaz, Lalə!

Ay bənizli, gülər üzlü,
Şirin söhbət, şirin sözlü.
Nur çöhrəli, xumar gözlü,
Ağlın deyil dayaz, Lalə!

Bir laləsən çəmənzarda,
Gözəl gülsən bu gülzarda.
Sənin tayın vardır harda?
Ömrün olsun gülyaz, Lalə!