Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Nənəmi çox sevirəm,
Mehribandır, əzizdir.
Ona olan bu sevgim
Bir ümmandır, dənizdir.

İstirahət gününü
Gözləyirəm həvəslə.
Nənəmgilə gedəcəm,
Sevinirəm bu şəstlə.

Anam qədər sevirəm,
Anasını anamın.
Qədrini çox bilirəm,
O, bəxş etmiş anamı.

İncitmirəm nənəmi,
Hər sözünə baxıram.
Əzizləyir o, məni,
Ulduzlar tək axıram.