Bu nə zəmanədir, bu nə gərdişdir?
Pul-para şah olub fani dünyada.
Qanun şahlığını tam itirmişdir,
Əyiş-üyüş olur ani dünyada.
Dünyanın şirəsin, ləzzətin dərən,
Rüşvətlə dolanan başda oturur.
Xalqı soyub-yeyən, ciblərə girən,
Məmurlar özündə hiss edir qürur.
Mal, sərvət toplayan, haram yeyən kəs,
Bilmir ki, bu dünya ondan hərisdir?
Bu dünya öz malın bir kəsə verməz,
Lüt-üryan göndərər, yaman xəsisdir.
Dara, ehtiyaca alışmayanlar,
O dünyaya necə alışacaqlar?
Bir nəhəng villaya sığışmayanlar,
Bir dar qəbrə necə sığışacaqlar?!
Yerin üstündəki qəzalarıyla,
Haramlar, yalanlar dilə gələcək.
Yerin altındakı qaydalarıyla,
Cəhənnəm alovun, odun görəcək.
08.04.2021, s.11