Şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlunun əziz xatirəsinə
İsmayıllı təki dilbər guşədə,
Dünyaya göz açdın, xoşbəxt böyüdün.
Olmaq Vətəninçin hərbi peşədə,
Özünə olurdu hər an öyüdün.
On, on bir yaşında olduğun zaman,
Qarabağ itkisi oldu dərd-qəmin.
Sən əsgər olsaydın verməzdin aman,
Biçərdin düşməni, olardın əmin.
Torpaq xainlərdə olduğu üçün,
Başqa bir sənəti seçə bilmədin.
Vətəndən nisgilli qaldığın üçün,
Hərbiçi olmaqdan keçə bilmədin.
Quru Qoşunlarda xidmət edərək,
Gənc ikən polkovnik-leytenant oldun.
Vətən sevgisinə olaraq yedək,
Fərəhlə, qürurla, mərdliklə doldun.
Hərbi xidmətinin iyirmi ili,
Laçın döyüşündə tamama yetdi.
Otuz səkkiz yaşlı cəsur hərbiçi,
Vətənin uğrunda cənnətə getdin!
04.11.2021, s.16:30