Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Türküstan yelləri öpüb alnını
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərmağan yollasın yara bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən Dövlət quşu, qondu başıma.
İzn ver gözümdə coşan yaşıma,
Dinlətsin dərdini aha, bayrağım!

Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi,
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
1919, aprel.