Gözəl Şahbuz diyarının gözəl qızı xanım Dilbər,
Sən tək dilbər qarşısında uca dağlar başın əyər.
Mərdanəlik, mübarizlik Həcər, Nigar timsalıdır,
Qisas günü düşmənlərə uddurarsan qanla zəhər.
Özün zərif, sözün nəcib, məhəbbətin, eşqin böyük,
Dağdan uca tut başını, qiymətini alar hünər.
Öyüdlərin, kəlamların örnək olur nəslimizə,
Dəyərli bir müəllim tək sən verirsən elmə dəyər.
Sən bir çıraq, pərvanələr qoy dolansın işığında,
Gündüz Günəş, gecə Ay ol, nurundan pay alsın bəşər.
Kitabının təqdiminə yığışmışıq bu şanlı gün,
Mayak olsun qoy dəryada şeir, hünər, bir də zəfər.
Bu dünyada əbədidir, ölməz olur şeir, sənət,
Səndən böyük yadigardır yaratdığın hər bir əsər.
Solmaz bu gün məclisinə söz çələngi bəxş eləyir,
O çələng ki, cövhəri də tinətində balla şəkər.