Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Ustadımız Həkim Qəniyə

Bu qəzəl həsr olunur sevgili ustadımıza,
Odu söz nemətini həkk eliyən yadımıza.

Vəzn ilə qafiyədə cüzi qüsur olsa belə,
O çatır müşkül olan yerdə bizim dadımıza.

Nüktədanlar sözünü dahi kəlamlardan alıb,
O, məhəbbət yaradır nəzmdə əcdadımıza.

Çox məqamlarda müəmmalı sözü şərh eləyib,
Yenə ustad yetişib mum günü fəryadımıza.

Qoymadı zərrə bizi müşkülə düşdükdə qalaq,
O, bir ustad kimi yetdi yenə imdadımıza.

Misrədə cüzi qüsuru tutub islah eliyər,
Heyran olmuşdu hamı sözdə bu səyyadımıza.

Çox zərifanə kəlamlarla bizə qüvvə verib,
Arifanə düzəlişlər edər iradımıza.

Yoxdu sənətdə güzəşti ola Solmaza belə,
“İncidər” ta ki bizi, söz yaraşa adımıza.