Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Getdin, özünlə çəkib sən qəlbimi apardın,
Qəlbim mənimlə idi, onu məndən qopardın.

Bəs, mən neyləyim indi, qaldım yalnız, sərgərdan,
Qəlbimi itirərək oturdum mən kor-peşman.

Bəs, sən belə, ay zalım, mənə niyə qəsd etdin?
Öz könlünü qıymadın, mənimkini qəsb etdin.

Köksünə iki qəlbi necə sığışdırırsan?
Boş qəlblə sevdalını necə alışdırırsan?

Hər oğrudan betərdir, Solmaz, bu qəlb oğrusu,
Qəlb itkisi yamandır, sağalmaz heç ağrısı.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International