Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hakimi Ramilə Xəzriyə ithaf edirəm.

Elin gözəl qızı Ramilə xanım,
Otuz beş illiyin mübarək olsun.
Üçüncü otuz beş yüz yaşa addım,
Yüz yaşın ömrünə tac, bəzək olsun!

Zəhmətinlə çatdın arzularına,
Analıq zirvəsi yetdi karına.
Allahın verdiyi nemət, varına,
Ürəyin əbədi sevgiylə dolsun.

Gənc hakim tək aldın Allahdan ənam,
Pisliyi, rüşvəti sanırsan haram.
Haqqı-ədaləti anırsan tamam,
İzzətin xalqına, qoy, gərək olsun.

Səni hakim kimi tanıdım, bildim,
Ədalətli hakim, heyranın oldum,
Verdiyin qərara yüksəliş aldım.
Solmazın duası səninlə qalsın,
Otuz beş illiyin mübarək olsun!

12.12.2022