Şair Məhərrəm Mahinin 80 illik yubileyi münasibətiylə
Səni Allah qüdrətiylə xəlq eləyib bu cahanda,
Müdrik sözün, müdrik səsin bəlli olur oxunanda.
Bu ömrünlə, bu yaşınla çox dünyalar görüb gəldin,
Sən şerini ucaltdıqca, onla özün həm yüksəldin.
Yaşın səksən, özün təksən yaşıdların arasında,
Qəlbi cavan bir ahılsan ahılların sırasında.
Üz-gözündən nur ələnir, qəlbin açıq dosta, yara,
Gün gələcək, sağalacaq Vətəninlə bağlı yara.
Sənin dərdin el dərdidir, deyil təkcə sənin olan,
Vətənimin parçasıdır doğma elin, o Zəngilan.
Övladların, əsərlərin həyatının bar-bəhrəsi,
Hər biri də böyük ömür ümmanının bir zərrəsi.
Ömür, sənət zirvəsində qartal kimi sən qanad çal,
Həkk ol o daş yaddaşlara, bu dünyada əbədi qal!
Səksəninci baharını sən qürurla vurdun başa,
Solmaz dilər: yüzdən artıq baharı həm belə yaşa!