Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Gözlərin dəniz tək, göylər tək göydür,
Ürəyin səma tək, dərya tək açıq.
Qızın həyatına Günəşdir, Aydır,
Həm də taleyinə müjdə, yaraşıq.

Ailə yükü var çiyinlərində,
Çörək qazanmaqdır işin, amalın.
Gözün üst-başında, əyinlərində,
Onların halıyla dəyişir halın.

Ana-bacının da yükün çəkirsən,
Özünü vurursn kösövə, oda.
Hamının taleyin ölçüb-biçirsən,
Elmar, əksik olsun üstündən qada.

14.02.2021, s.20

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International