Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Alt-üst etmək istədi taleyimi kor fələk,
Evimi dağıtmağa qurdu mənə min kələk.
Çox şükür ki, o böyük Allah əmriylə yenə,
Ömrümün son yarısı qapı açıldı mənə.

Qonub çiyinlərimə pıçıldadı bir mələk,
Söylədi ki, əyilmə, gücünü topla, görək!
Bu, Allahın əmridir, Allah göndərib kömək,
Mənə bata bilmədi, pərt qaldı zalım fələk.

Yaradan da Allahdır, yaşadan da Allahdır,
Məhv edən də Allahdır, əfv edən də Allahdır.
Fələk – Allahın qulu, qədər də Onca ulu,
Tale Allah görəndir, qismət Allah verəndir!