Qəlbimin başını qata bilmirəm,
Sevdanı başımdan ata bilmirəm,
Yuxusuz qalmışam, yata bilmirəm,
Kömək et, unudum onu, İlahi!
Birdən-birə sevdim, unutmaq çətin,
Niyə birdən-birə bəs atmaq çətin?
Sızlayan qəlbimi ovutmaq çətin,
Kömək et, unudum onu, İlahi!
Solmazın dincliyi gedibdir əldən,
Qorxusu qalmayıb dərddən, əcəldən.
Gül necə yaşayar ayrı bülbüldən?
Kömək et, unudum onu, İlahi!