Düz deyirəm, inanmırlar,
Yalan desəm, inanırlar.
Danlanmırlar, qınanmırlar,
Nə qəribə dünyadır bu!
Qohumların, doğmaların
Yadlaşması, loxmaların
Bol etməsi boğmaların,
Nə qəribə dünyadır bu!
İkiüzlü, yaltaqların,
Dona girən sarsaqların,
Dünyasıdır “qoçaqların”
Nə qəribə dünyadır bu!
At oynadır əfv olanlar,
Cibəgirlər, ev yaranlar,
Saya gəlmir narkamanlar.
Nə qəribə dünyadır bu!
Var, pul üstdə qatil olan,
Doğmaları hədəf alan,
Ömür boyu dustaq qalan…
Nə qəribə dünyadır bu!
22.02.2022