Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Əyri dünya adamları düz sözümü əyri sayır,
Əyri gözü ipə düzür, düz gözümü əyri sayır.

Əyri dünya başa çəkir, zirvə verir əyrilərə,
Düzlərisə əyri sayır, əyri deyib, qəddin əyir.

Yalançılar yalanını sübut etmək istəyində,
Bu, mümkünsüz, atalarsa düz əyrini kəsib deyir.

Düzlük bu kəm, bu yırtıcı, bu yalançı, sərt dünyada,
Canavarlar qarşısında məzlum quzu tək mələyir.

Düzlük Haqdır, haqq-ədalət əvvəl-axır qalib gələr,
Solmaz, Allah nəzər edir, çəkər əncam, edər ayır.

08.01.2022, s.16