Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Nigarından səva bir dilbərə aşiq nəzər salmaz,
Gələ min qeyri Leyli, Məcnuna ondan nigar olmaz.

Bir ahu gözlüdən sadiq olan aşiq alar kamın,
Sədaqətlə tuta əhdin, bu sevda natamam qalmaz.

Kim etməzsə vəfa əhdə, o çatmaz kamına əsla,
Fəzayi-eşqdə quş tək olub azad, qanad çalmaz.

Gərək aşiq bu dünyada vəfa rəsmiylə ad qoysun,
Vəfası olmayan bir kəs bu aləmdə bir ad almaz.

Əsiri-eşqinəm, ey yar, bu eşq içrə olub bağban,
Bu bağda əkdiyim güllər saralmaz, heç zaman solmaz.

Məni çərxi-fələklər də cüda salmaz bu sevdadan,
Sənə sadiqdir əhdində, səni sanma atar Solmaz.