Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

O necə sazdır ki, görən, sinəmdə,
Onun ahəngini alan tapılmır?!
Necə möcüzə var məhəbbətimdə!
Onun avazına dalan tapılmır,
Məhəbbət havası çalan tapılmır!

SOLMAZ ŞİRİN

Həkim Qəninin cavabı

Sanki bir saz varmış Sənin sinəndə,
Səni bu sevdadan alan tapıldı!
Alıb öz atəşin sinəsi üstə,
O könül sazını çalan tapıldı,
Səni bu sevdaya salan tapıldı!

Sən, ey tale quşum, ey bəxt ulduzum,
Sənin işığını alıb gəlmişəm.
Möcüzə sandığın məhəbbbətində
Səadət sazını çalıb gəlmişəm!
Sənin işığını alıb gəlmişəm!

Əmin ol, arzunu eşidib, bilib,
Səni intizardan alan da mənəm!
Nigaran gözünün yaşını silib,
Məhəbbət sazını çalan da mənəm!

Könlümü sevərək verərəm Sənə,
Buna zamin olan məndə vicdandır.
Bir can nə imiş ki, qurbanın ola,
Min canım da olsa, Sənə qurbandır!