Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Yeni İl, xoş gəlirsən Yeni Azərbaycana,
Azad Vətən olacaq səninçin doğma ana,
Hünərli gəlişinlə ver yaraşıq sən ona.
Vətənimin qoynuna səninlə var, nur dolsun,
Ayaqların düşərli, bərəkətin bol olsun!

Müqəddəs bir ocaqdır Azərbaycan diyarı,
Dünyanın nə yerində olsa da övladları,
Ana Vətən onların qüruru, iftixarı.
Birləşsin yumruq kimi Azərbaycan türkləri,
Vursun zərbə düşmənə, bəlli olsun hünəri!

Azərbaycan türkləri, Həmrəyiniz mübarək!
Gün olsun tam Zəfəri Qarabağda qeyd edək,
Haqq yolunda birləşib, olaq birliyə dəstək!
Yaşasın abadlaşan Yeni, şən Azərbaycan,
Gözəlliklər diyarı bu gülşən Azərbaycan!

30.12.2022