Qohumların içində nə sərhəddir, İlahi?!
Doğmalar da anlamır, bu nə dərddir, İlahi?!
Əlimdə böyütdüyüm, tərbiyəsin verdiyim
Uşaqlar da anlamır, bu nə bəddir, İlahi?!
Aramızda çəkilmiş sədlər, böyük sərhədlər,
Çin səddi tək yüksələn bu nə bənddir, İlahi?!
Bu səcərə, nəsilə bir tağammı düşmüşəm?
Ətrafımda yaranan bu nə səddir, İlahi?!
Solmazı yaratmısan ağıllı və qürurlu,
Eyləmisən əyilməz, bu nə qəddir, İlahi?!