Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Özümlə olmayıram özümdə olmayanda,
Özüm özümə özgə oluram həmin anda.

Az deyil dünyada üstü bəzək olan gözəl,
Mələk donuna girmiş ikiüzlü şeytan da.

İlahi, hifz et bizi şeytanın əməlindən,
Yol vermə qəlbə sala kölgə nurlu cahanda.

Baş yerində deyilsə, ayaq yerində olmaz,
Pərən olar, azar sarvansız karvan da.

Necə özümdə olum üryan qızlar görəndə,
Solmaz, avropalaşmış, özgə olmuş dövranda.