Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Cəm oldu əcəb toy günü mehman, mübarək!
Bəy həm bu gözəl məclisə sultan, mübarək!

Bu toy gününün ənənəvi izzəti vardır,
Hər guşə olur gül kimi əlvan, mübarək!

Şən musiqi xanəndə səsiylə tapıb ahəng,
Toy əhli olur cümləsi rəqsan, mübarək!

Bəylə gəlini dövrələyib rəqs edir hamı,
Hər kəs bu gözəlliklərə heyran, mübarək!

Qu tək gəlin ağ tül kimi bir rövnaq içində,
Bəy ilə olub ortada xəndan, mübarək!

Xoşbəxt olacaq bəylə gəlin ta əzəlindən,
Xeyir işdə olur Xaliqi Rəhman, mübarək!

Solmaz da toyu vəsf eləyib tarixə saldı,
Etdi bu toyu şöhrətə şayan, mübarək!