Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Atam getdi cəbhəyə,
Söz verdi ki, gələcək.
And içdi ki Kəbəyə,
Düşmənləri dələcək.

Söz verdi ki, işğaldan
Qurtaracaq torpağı,
Azad olmuş hər dağdan
Asacaq nər bayrağı.

Otuz illik qəzəblə
Çökdü düşmən canına.
Əks hücumla, əks zərblə
Qəltan etdi qanına.

Rəşadətlik və mərdlik
Dühasından öc aldı,
Şəhadətli şəhidlik
Zirvəsinə ucaldı.

30.12.2020