NOVRUZ, XOŞ GƏLMİSƏN!
Novruz, xoş gəlmisən, bu diyara sən,
Gözəl gədəmlərin mübarək və şən!
Açılır gözünlə təbiət gözü,
Yazın gəlişinə böyük müjdəsən!
Solmaz Şirin
Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!
Novruz, xoş gəlmisən, bu diyara sən,
Gözəl gədəmlərin mübarək və şən!
Açılır gözünlə təbiət gözü,
Yazın gəlişinə böyük müjdəsən!
Fəsillərin ən gözəli,
Gül-çiçəkli bahar gəlir.
Bayramların ən özəli,
Novruz adlı qatar gəlir.
Deyirəm, it al mənə,
Bəsləyim, əzizləyim.
İt almır atam mənə,
Səsləyim, əzizləyim.
Ay bənizli qızcığaz,
Aydan, gündən aldın nur.
Gözlərində işvə, naz,
Ulduzlara tən Aynur!
Bapbalaca gül qızsan,
Göydə yanar ulduzsan.
Özünü şən, xoşbəxt san,
Gözəl, göyçək Ayna qız.
Bağımızda Qaraca var,
Qapqaraca balaca var.
Gözəllikdə heç tayı yox,
Qarnı, gözü həmişə tox.
Atanın, ananın bircə balası,
Allahın verdiyi şirin nemətsən.
Sərvətlər içində yox bərabərin,
Bütün sərvətlərdən böyük sərvətsən.
Atasının, anasının
İlk müjdəsi, ilk sevinci.
Böyük sevgi dünyasının
Tellərində qözəl inci.
Gəlişinlə bu dünyaya,
Bəxşiş oldun sən anaya,
Nənə, baba, həm ataya,
Ailəyə verdin sevinc.
Adın Lalə, özün göyçək,
Çiçəklərə oldun bəzək.
Harda vardır sən tək mələk?
Ömrün olsun bəyaz, Lalə!